BaşlıcaEkonomika

Mütəxəssis: “Hadrutdakı şərab zavodları Artsax və Ermənistanda açılması mümkündür”

Müharibədən əvvəl 2020-ci ildə Artsaxın Hadrut bölgəsinin Tog kəndindəki Kataro şərab zavodunun və Hadrutda olan  başqa bir şərab şirkətinin nümayəndələri Artsaxda bir zavodun yenidən açılması və Ermənistanda filiallarının açılması üçün istəklərini bildirdilər.

 Bu haqda Ermənistanın Milli Şərab mərkəzinin sədri Avag Harutyunyan martın 9-da  NEWS.am saytına verdiyi müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, Ermənistanda filiallara ehtiyac var, çünki əks halda Azərbaycan və Rusiya sülhməramlılarının mövqeyi üzündən şərabların mənşə sertifikatlarını almaq mümkün deyil.

“Əsgəran və Stepanakertdə zavodların açılması məsələləri müzakirə olunur.Spyurkdan  (Diasporadan) dəstək vermək üçün təkliflər də var”- deyərək  o, qeyd edib.

Mütəxəssis Hadrutdakı Kataro da daxil olmaqla üç şərab zavodunun ən az 2,5 milyon dollar zərər gördüyünə aydınlıq gətirdi.

“İstehsalın bərpası üçün hər bir müəssisənin ən az 1,5 milyon dollara ehtiyacı var” –  deyərək  Harutunyan qeyd edib.

Müharibə əsnasında atəşə tutulması nəticəsində bərpa işlərinin getdiyi Martakert və Martuni şərab zavodlarının qismən zədələndiyini vurğuladı.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button