
“Hayastani Hanrapetutyun” gündəliyi yazır: “Artsax Respublikasının Parlamenti martın 1-də Azərbaycanın nəzarəti altındakı ərazilərin hüquqi statusu ilə bağlı bəyanat qəbul edib, eyni zamanda SSRİ qanunvericiliyi və beynəlxalq hüquq normaları əsasında 2 sentyabr 1991-ci il tarixində elan edildiyi Dağlıq Qarabağın müstəqilliyini yenidən təsdiq edib. “Hayastani Hanrapetutyun” gündəliyi YDU Beynəlxalq Münasibətlər Fakültəsi Siyasi İnstitutlar və Proseslər kafedrasının dosenti Narek Galstyan ilə bəyanatın siyasi tərkib hissəsi barədə danışıb. O bildirib: “Əhəmiyyəti siyasidir və bu, Artsax xalqının kollektiv mövqeyini əks etdirir. Daha çox beynəlxalq ictimaiyyətə ünvanlanır, yəni xalq adından Artsax rəhbərliyi bu ərazilərin statusunu mübahisə edir, Azərbaycan tərəfindən müvəqqəti işğal olunmuş və Artsaxın bir hissəsi hesab edir. Bu da mümkün gələcək danışıqlar üçün əsas ola bilər”.