BaşlıcaSiyasət

ER Prezidenti Baş naziri, parlament fraksiyaları liderlərini və “Vətənin qurtuluşu” hərəkatının rəhbərlərini görüşə dəvət edib

ER Prezidenti Armen Sarkisyan, daxili siyasi məsələləri müzakirə etmək üçün qarşılıqlı məqbul həll yolları tapmaq naminə ER Baş naziri, parlament fraksiyaları liderlərini və “Vətəni qurtuluşu” hərəkatının liderlərini martın 13-də saat 12: 00-da Prezident iqamətgahında keçiriləcək görüşə dəvət edib.

ER Prezident aparatının  ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ER Prezidentinin açıqlamasında deyilir:

“Ölkədəki siyasi böhran davam edir, vəziyyət gərgin olaraq qalır ki, bu da dövlətimiz və dövlətçiliyimiz üçün gözlənilməz, geri dönməz nəticələrə səbəb ola bilər.

Bir çox problem var və onların həlli konstitusiya və qanunvericilik daxil olmaqla təcili sistem dəyişikliklərini tələb edir.

Həm hökumət, həm parlament, həm də parlamentdənkənar siyasi qüvvələr dəfələrlə mövqelərini ifadə etdilər. Ancaq qarşılıqlı anlaşma və bir-biri ilə görüşmək istəyi yoxdur.

Üstəlik, dözümsüzlük çağırışları daha müntəzəm səsləndirilir.

Mövcud yaranmış vəziyyətdə yeganə  məqsədim ölkəni sarsıntılardan qurtarmaq, gözlənilməz nəticələrə səbəb ola biləcək bir vəziyyətin qarşısını almaq olub..

Dövlətin və insanların mənafeyi baxımından vəziyyəti həll etmək təxirəsalınmaz  və günün ündə tələbidir.

 Ümumdövlət və ümummilli maraqları rəhbər tutaraq mövcud vəziyyəti müzakirə etmək, böhrandan çıxmaq üçün qarşılıqlı məqbul həll yollarını tapmaq naminə   martın 13-də Respublikanın Baş nazirini, parlament fraksiyaları liderlərini, “Vətənin qurtuluşu” hərəkatının liderləri sizi saat 12: 00-da prezident iqamətgahında görüşə dəvət edirəm.

Əmin olduğumu təkrar edirəm ki, fikir ayrılıqlarını həll etməyin yeganə yolu danışıqlar və dialoqdur və Ermənistan və Artsaxın inkişafı üçün yeganə yol hamımızın səy və imkanlarımızı birləşdirməkdən ibarətdir.

Daha çox göstər
Back to top button