Başlıcaİctimaiyyət

Ermənistanda daha 748 nəfər COVID-19-a yoluxub

Ermənistanda son sutkada daha748 nəfər COVID-19-a yoluxub.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 176 286-ya çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 3 239-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 834 nəfərdir. İndiyədək 165 441 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 772 aktiv koronavirus xəstəsi var.

Daha çox göstər
Back to top button