
Martın 11-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Hökümətinə qarşı 7 qərar qəbul etdi. Bu qərarlar üzrə hökumət ərizəçilərə ümumilikdə 56 300 avro təzminat ödəyəcək.
Bu barədə “Turan” İnformasitan Agentliyi bildirdi.
Vüqar Əliyevə 6 000, Ağamməd Məmmədova 3800 avro təzminat ödəniləcək.
Rəvan Səbzəliyev Azərbaycana qarşı, Natiq Mirzəyev Azərbaycana qarşı, Durnisə Əhmədova Azərbaycana qarşı işlərində tərəflər dostcasına anlaşıb. Səbzəliyevə 4500 avro, Mirzəyevə 1500 avro, Əhmədovaya 3000 avro təzminat ödəniləcək.
Rzamov və başqaları (9 nəfər) Azərbaycana qarşı işi də dostcasına anlaşma ilə başa çatıb. Hökumət ərizəçilərin hər birinə 3750 avro (cəmi 37 min 500 avro) təzminat ödəməlidir.