
Rusiya Federasiyasının mütəxəssisləri Askeranda Rusiya Rusiya sülhməramlı kontingenti üçün 60 yerlik blok-modul şəhərcik salıb.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyindən məlumat verilib.
“Bu sülhməramlılar üçün salınan doqquzuncu şəhərcikdir. Blok-modulların salınması Rusiya sülməramlı kontingentinin yerləşmə şəraitini yaşxılaşdırırır”,- deyə bəyanatda qeyd olunur.
Bu blok-modul şəhərciklər ehtiyac duyulan hər şeylə təchiz olunur. Ayrıca elektrik, su təchizatı, isitmə sistemi var. Hərbçilər üçün şəhərcikdə çarpayılar, qarderoblar, mətbəx mebeli, masalar, stullar, duş, tibb məntəqəsi, uniforma təmizləyici otaq, istirahət otağı, dəftərxana, anbar, yeməkxana və ərzaq anbarı var.