
Azərbaycan elan edib ki,Ermənistanı Sünikdə “dəhliz” açmağa məcbur edəcək, eyni zamanda dəfələrlə elan edib ki, azərbaycanlılar “tarixi ərazilərə – Zəngəzura, Yerevana və s.qayıdacaqlar”.
Bu haqda LHP millət vəkili Taron Simonyan öz Facebook səhifəsində yazıb.
O, xüsusilə qeyd edib. “Bu, BMT Nizamnaməsinin 2-ci maddəsi (jus cogens prinsipi) ilə qadağan edilmiş bir təhdiddən, güc tətbiq etmə təhdidindən başqa bir şey deyil.
Buna əgər martın 15-16-dan (Moskvada (Qarsda) uğursuz müqavilənin imzalanması günləri) planlaşdırılan Azərbaycan hərbi təlimlərini də əlavə etsək, hansılar ki, təkrarən beynəlxalq hüquq baxımından güc nümayişi aktı və güc təhdididir,belə olan halda təsvir daha da aydın olur.
Bölgədəki və strateji tərəfdaşımızın ətrafındakı hadisələrə bir az daha çox diqqət yetirsək, bir neçə ay əvvəl Türkiyə-Azərbaycan tandeminin törətdiyi beynəlxalq cinayətləri nəzərə alsaq, proqnozlar yaxın gələcəkdə yaxşı bir şey nəzərdə tutmur. : təcavüz, hərbi cinayətlər, terrorizm, muzdlular və s.
Yeri gəlmişkən qeyd edək ki, belə hallardasa dövlət qurumları dövlətin təhlükəsizliyinə diqqət yetirir və BMT Təhlükəsizlik Şurasına müraciət edirlər.
Dövlətin mümkün bir qətnaməyə veto qoya biləcəyinə dair şübhələr olsa da, onlar hələ də BMT Nizamnaməsinin 51-ci maddəsinin gücüylə uyğun olaraq məsələni qaldırmaq və sonra özünü qanuniləşdirmək üçün müraciət edilir”.