BaşlıcaSiyasət

Vağarşak Harutyunyan və Çin səfiri birgə fəaliyyətin gələcək inkişaf yollarını müzakirə ediblər

Martın 11-də  ER Müdafiə naziri Vağarşak Harutyunyan Çin Xalq Respublikasının Ermənistan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Fan Yunu qəbul edib.

Görüşdə Çinin Ermənistandakı səfirliyinin müdafiə üzrə hərbi attaşesi, baş polkovnik Sun Jilong da iştirak edib.

Həmsöhbətlər Ermənistan-Çin siyasi, iqtisadi, humanitar, təhsil və digər sahələrdə əməkdaşlığı və müdafiə sahəsində sıx əməkdaşlığı olduqca yüksək qiymətləndirdilər.

Birgə fəaliyyətlərin gələcək inkişafı yolları, planlaşdırılan tədbirlər müzakirə edilib həmçinin, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

ER Müdafiə naziri yeni təyin olunmuş səfirin fəal, səmərəli işi sayəsində Ermənistan-Çin dövlətlərarası münasibətlərinin və siyasi dialoqunun daha da güclənəcəyinə və yeni keyfiyyətə qovuşacağına əmin olduğunu qeyd edib.

Daha çox göstər
Back to top button