BaşlıcaSiyasət

Azərbaycanda yenə hərbi təlimlər keçirilir

Martın 15-də Azərbaycan Silahlı Qüvvələri 10.000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb edilməklə, əməliyyat-taktiki təlimlərə başlayıb.

Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimlərdə əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.

Təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar) ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.

Qeyd edək ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məsələ ilə bağlı bildirmişdi ki, Azərbaycandakı hərbi təlimlər planlı xarakter daşıyır və qoşunların döyüş hazırlığının yüksəldilməsinə istiqamətlənib. Təlimlər regionda sabitliyə və təhlükəsizliyə risklər yaratmır.

Xatırladaq ki, ER Silahlı Qüvvələrinin 2021-ci ilin birinci yarısının hazırlıq planına əsasən, 16-20 martda Ermənistan SQ-nin bütün əməliyyat istiqamətlərində taktiki hərbi təlimlər keçiriləcəkdir.

Taktiki hərbi təlimlərə təxminən 7500 hərbçi, 200-ə yaxın raket, reaktiv topçu və artileriya qurğusu, 150-dən çox tank əleyhinə vasitə, 100-ə yaxın zirehli texnika, 90-dan çox hava hücumundan müdafiə vasitəsi cəlb olunacaq.

Daha çox göstər
Back to top button