
Almaniyanın dövlət naziri MQ həmsədrlərinin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllini müzakirə edib
Almaniya Federativ Respublikasının Avropa İşləri üzrə Dövlət naziri Mixael Rot, Ermənistanı və Azərbaycanı hərbi əsir və itkin düşmüş şəxslərlə bağlı məsələdə Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə tam şəffaflıqla əməkdaşlıq etməyə çağırdı. Bu haqda Rot Twitter-dəki mikrobloqunda yazıb.
“Ermənistan və Azərbaycan hərbi əsirlər və itkin düşənlər məsələsində BQXK ilə tam şəffaflıqla əməkdaşlıq etməlidirlər.
Uzunmüddətli sülh və barışıq, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında olan münaqişəyə siyasi bir həll tələb edir”-deyərək Rot yazıb.
Almaniyanın Avropa işləri üzrə dövlət naziri Dağlıq Qarabağda toqquşmaların dayandığını, lakin yaraların hələ də açıq olduğunu qeyd edib..