ArtsaxBaşlıcaSiyasət

Artsax münaqişəsi nə siyasi, nə də qanuni olaraq nizmalanmayıb: Artsaxın XİN başçısı

ATƏT-in fəaliyyətdə olan sədri Ann Linden Ermənistan və Azərbaycanla Dağlıq Qarabağ məsələsini müzakirə etmək üçün regiona səfər etdi.

Artsaxın xarici işlər naziri Davit Babayan qeyd etdi ki, erməni tərəfi bütün səfərlərə əhəmiyyət verir, çünki bunlar sülh danışıqların davam etdirilməsinə yönlənmişdir.

Artsax 44 günlük müharibədən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin Artsaxa səfər etməməsinə toxunan nazir qeyd etdi ki, bunun üçün obyektiv səbəblər də var.

“Son səfər 2019-cu ildə idi. Ondan sonra həmsədrlər regionda olmayıblar. Əvvəlcə pandemiya səbəbindən, sonra isə müharibə səbəbindən gələ bilməyiblər. Buna baxmayaraq, Azərbaycan-Qarabağ münaqişəsinin nizamlanma prosesi davam edir. Bu, ATƏT-in Minsk qrupunun çərçivəsində davam edir”,- deyə Davit Babayan qeyd etdi.

Davit Babayan hesab edir ki, gələcəkdə həmsədrlərlə görüş olacaq.

Müxtəlif diplomatik platformalarda Minsk qrupunun formatının əhəmiyyətindən danışılır. Fransa və ABŞ mütəmadi olaraq vurğulayır ki, bu ölçüyə qayıtmaq lazımdır. Rusiyanın da eyni mövqeyi var.

“Həmsədr ölkələr vurğulayırlar ki, Azərbaycan-Qarabağ münaqişəsinin nizamlanması üçün yeganə format budur. Biz də bunu qəbul edirik və bu formatda işlər davam edir”,- deyə Davit Babayan bildirdi.

Artsaxın xarici işlər naziri onu da vurğuladı ki, münaqişə nə qanuni, nə də siyasi yolla həll olunmayıb. Hərbi baxımdan vəziyyət belədir; hərbi əməliyyatlar dayandırılıb və Azərbaycan-Qarabağ münaqişə bölgəsində rus sülhməramlıları var.

Hərbi ekspert Hayk Xaçikyan da hesab edir ki, Bakı Minsk Qrupunun formatını dəyişdirməyi bacarıb. Türkiyə bu prosesdə birbaşa iştirak edir.

Hayk Xaçikyan İlham Əliyevin son bəyanatına toxunaraq qeyd etdi ki, bu səmimiyyət çox şübhəlidir.

“Əgər Azərbaycan hakimiyyəti münaqişəsinin həll oldunduğunu hesab edirsə, onda yeni hərbi təlimlərin keçirilməsi sual doğurur”,- deyə o qeyd etdi.

Daha çox göstər
Back to top button