Başlıcaİctimaiyyət

Azərbaycanın milli qəhrəmanı həbs olunub

Azərbaycanın milli qəhrəmanı, ehtiyatda olan general-leytenant Rövşən Əkbərov həbs olunub. O, qəsdən adam öldürməkdə ittiham olunur. İlkin istintaq dövrü üçün onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Onun həbs olunması xəbəri Baş Prokurorluğun mətbuat xidmətindən də AzadlıqRadiosuna təsdiqlənib.

“İctimaiyyətə daha sonra ətraflı məlumat veriləcək”, – prokurorluqdan bildirilib.

Əkbərovun işi ilə bağlı istintaq araşdırmaları Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Daha çox göstər
Back to top button