
ER Xİ nazirinin Mətbuat katibi Anna Nağdalyan İsveç Xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə danışıqlardan sonra brifinqdə Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovun, “Azərbaycan öz öhdəliklərindən çıxış etməklə, hərbi əməliiiyyatlar ərzində və ondan öncə əsir götürülmüş bütün hərbi əsirləri erməni tərəfinə təhvil verib” bəyanatına cavab verdi:
“Bu, Azərbaycan tərəfinin bu təcili humanitar məsələyə dair növbəti ağ yalanıdır. Azərbaycan Xarici işlər nazirinin açıqlaması, həm hərbi əməliyyatlar zamanı, həm də atəşkəsin təstiqlənməsindən sonra Azərbaycanda onlarla erməni əsirinin olduğunu təsdiqləyən bu ölkənin digər müvafiq qurumlarının məlumatlarına ziddir”- deyərək Nağdalyan qeyd edib.
Xarici işlər nazirliyinin sözçüsü vurğulayıb ki, həmçinin Azərbaycanın “Ermənistan Azərbaycana qarşı”dövlətlərarası işi çərçivəsindəvurğulayıb ki,Avropa İnsan Haqları Məhkəməsinə erməni əsirləri haqqında məlumat verməyib.
AİHM bu yaxınlarda Azərbaycanın Avropa Məhkəməsinin təyin etdiyi müddətləri dəfələrlə pozduğunu və tam məlumat vermədiyini vurğulayaraq bu məsələ ilə bağlı Avropa Şurası Nazirlər Komitəsini xəbərdar etmək qərarına gəlib.
“Hazırda 188 erməni əsirləriylə əlaqədar Azərbaycana qarşı müvəqqəti tədbirlər görülür. Vurğulamalıyam ki, müvəqqəti tədbirlərə riayət etməmək, Avropa İnsan Hüquqları Konvensiyasının pozulmasına bərabərdir”-deyərək Nağdalyan qeyd edib.
Mətbuat katibi xatırladıb ki,2020-ci il noyabrın 9-da bəyanatın 8-ci bəndin bütün hərbi əsirlərə, digər girovlara şamil olunduğunu və bu cür bəyanatlarla Azərbaycan tərəfi bu üçtərəfli bəyanatı qəsdən yerinə yetirmədiyini bir daha sübut etdi.
Xarici işlər nazirliyinin mətbuat katibi erməni əsirləri, girovlar statusunda ardıcıl şəkildə saxlanılmasını üçtərəfli bəyanatda göstərilən razılaşmaların pozulması olduğunu qey bəyan etdi.
Əlavə edək ki, Bakıdakı erməni əsirlərinin sayı barədə rəsmi məlumatlar hələ də dərc olunmayıb. Atəşkəsin təstiqlindən bəri Ermənistana 69 əsir təhvil verilib. Digər birisə Maral Nacaryan martın 10-da Bakıdan Beyruta qayıdıb