BaşlıcaTəhlil

Azərbaycanın keçirdiyi hərbi təlimlərin mesajı nədir?

Şərqşünas Artyom Tonoyan “Region” (“Taratsaşrcan”) proqramı çərçivəsində Azərbaycanın keçirdiyi genişmiqyaslı hərbi təlimlərə, bunların hədəflərinə və mümkün mesajlarına toxundu.

Tonoyan qeyd edib ki, müharibədən sonra bu, Azərbaycanda keçirilən ilk genişmiqyaslı hərbi təlimlərdir və rəsmi açıqlamalarda vurğulanır ki, təlimlərdə qoşunlar anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.

Ekspertin sözlərinə görə, regiondakı son prosesləri nəzərə alsaq, bunlar əsasən Ermənistana və eyni zamanda, Artsaxda sülhməramlı missiya həyata keçirən Rusiyaya qarşı yönəlmişdir. Bunu, Azərbaycan hakimiyyəti ilə aktiv əməkdaşlıqda olan sözdə hərbi ekspertlərin açıqlamalarından da başa düşmək olar.

“Aydındır ki, Artsaxdakı vəziyyətələ bağlı bəzi “problemlər” var və Azərbaycan hakimiyyətləri bundan narazıdır. Onların gözləntiləriylə Artsaxın tərksilah edilməsi lazım idi, həmçinin Laçın dəhlizini nəzarət etmədikləri üçün deyirlər ki, ER hələ ki dəhlizlə Artsaxla əlaqə saxlayır. Hərbi təlimlərin bir mesajı olduğu açıqdır. Azərbaycanda yeni hərbi əməliyyatlara, antiterror əməliyyatlarına hazır olduqlarını göstərməyə çalışırlar və bu barədə məlumatlar da yayılır”,- Tonoyan qeyd etdi.

Ekspert vurğulayıb ki, Azərbaycanda yalnız əsir düşmüş hərbçiləri deyil, demək olar ki, Artsax ərazisində yaşayan və fəaliyyət göstərən vətəndaşları ümumi olaraq terrorçu kimi təqdim edirlər. Müharibə zamanı da Artsax hakimiyyətinin müxtəlif nümayəndələri barədə bir sıra cinayət işlər açıldı, İnterpola müraciət edildi.

Tonoyanın fikrincə, bu məsələ daha genişdir və bu ərazi Azərbaycan qanunlarının hələ işləmədiyi bir antiterror ocağı sayılır.

Ekspertin sözlərinə əsasən, Zangezur dəhlizi məsələsiylə bağlı manipulyasiya kontekstində, antierməni əhval-ruhiyyə kəskinləşməyə başlayıb. Prezident Əliyev hətta öz çıxışlarından birində vurğulayıb ki, ya ermənilər razılaşacaq, ya da buna məcbur edəcəklər. Beləliklə,hərbi təlimlərlə təhdid mühiti yaratmağa cəhd edilir.

Azərbaycanın daxili siyasi proseslərinə gəldikdə, ekspert qeyd edib ki, baş verən dəyişikliklər və həbslər hakimiyyətin reytinqini saxlamak məqəsdilə edilir, amma ictimaiyyətdə bu reytinq etimadsızlıq səbəbilə düşməyə davam edir.

Daha çox göstər
Back to top button