BaşlıcaSiyasət

Erməni əhalisinin məhvi üzərində qurulan sülh davamlı ola bilməz: ER XI naziri

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin bütün mərhələlərində  həmişə münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarı idi. Bu barədə ER Xarici işlər naziri Ara Ayvazyan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin Xİ naziri Ann Linde ilə mətbuat konfransında bildirib. 

O vurğulayıb ki,üçtərəfli bəyanat atəşkəsin bərpası və təhlükəsizliyin yenidən təsdiq olunmasına yönəlmiş sənədddir.

“Sənəddə sülh yolu ilə nizamlanma barədə bəzi müddəalar olsa da, bunun əsas elementləri ünvanlı deyil və bunlardan ən önəmlisi Artsax ermənilərinin öz müqəddəratını təyinetmə hüququna əsaslanan Artsaxın statusu məsələsidir. Artsax münaqişəsinin son siyasi həlli yalnız ATƏT-in Minsk qrupu həmsədrliyinin çərçivəsində mümkündür”-deyə  ER Xİ naziri bildirib.

O qeyd edib ki, Artsaxın yaşayış məntəqələrinin, o cümlədə Hadrut rayonunun dağıdılması, erməni əhalisinin məhvi və bunun yerinə Azərbaycan yaşayış mənqədələrinin yaradılması üzərinə qurulan sülh uzun müddətli və davamlı ola bilməz. Biz beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıqla ədalətli və ləyaqətli sülh üçün mübarizəmizi davam etdirəcəyik.

Nazir xatırladıb ki, aprel-avqust aylarında Ermənistan ATƏT-in qərar qəbul edən qurumlarından olan Təhlükəsizlik Əməkdaşlıq Forumuna sədrlik edəcək.

Daha çox göstər
Back to top button