ArtsaxBaşlıcaİctimaiyyətMədəniyyət
Erməni zəvvarlar sülhməramlıların müşayiəti ilə Dadivank və Amarası ziyarət edib

Rusiya sülhməramlılarının müşayiəti ilə erməni zəvvarlar Dağlıq Qarabağdakı Dadivank və Amaras monastırlarını ziyarət edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“2020-ci il noyabrın 9-da Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanatın icrası çərçivəsində Rusiya sülhməramlıları Dağlıq Qarabağda dinc həyatın bərpasını dəstəkləməyə davam edir. Rus sülhməramlıları, Artsaxda tərəflərin demarkasiya xəttinə yaxın olan Amaras monastırına gedən bir qrup zəvvarın təhlükəsizliyini təmin edib” – deyə məlumatda vurğulanıb.