BaşlıcaSiyasət

Hərbi təlimlər nümayişi: “Erməni və azərbaycan orduları nəyə hazırlaşır?”

Bir gün fərqlə bu gün Azərbaycanda, sabah Ermənistanda hərbi təlimlər başlayacaq. Bölgənin sabitliyi üçün bunlar hansı riskləri daşıyırlar? “Radiolur” bu haqda mütəxəssislərlə danışıb.

Regional mütəxəssisi Karen Hovannisyanın sözlərincə, bu hərbi təlimlər paradı müharibədən sonrakı ölkələr üçün çox xarakterik deyil.

Bir qayda olaraq, müharibədən sonrakı dövrün nəticələrini aradan qaldırmağa çalışaraq ən azı bir il  təlimlər keçirilmir.

Ekspertin fikrincə, Ermənistanda, Azərbaycanda hərbi təlimlər əzələlərin gücünü  nümayiş etməkdir.

“Erməni tərəfi müharibədən bir neçə ay sonra məğlub olmasına baxmayaraq birdir, ordunu o qədər  bərpa  etməyi bacarıb ki, geniş miqyaslı hərbi təlimlər  keçirir.

Canlı qüvvə olduğu kimi eləcə də  ciddi  miqdarda hərbi texnika nümayiş etdirməyə çalışır.

Digər tərəfdən, Azərbaycan Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının davam etdiyini göstərməyə  çalışır”- deyərək Karen Hovannisyan qeyd edib.

Azərbaycanşünas Taron Hovannisyanın sözlərinə görə, təlimlər Silahlı qüvvələrin döyüş hazırlığı səviyyəsini artırmağa yönəlmiş tədbirlərdir.

Onları müşayiət edən bir məlumat komponenti var, yəni informasiya hücumu, təzyiq və müqavimət deməkdir. Mütəxəssisin  qənaətincə, hərbi təlimlər keçirərək, dövlət lazım olduqda bu hərbi silahı istifadə etməyə hazırlaşır.

“Anlaşılandır ki, müharibədəki məğlubiyyətdən sonra Ermənistan Silahlı qüvvələri döyüş hazırlığını bərpa etməlidir, çünki təhdidlər aradan qalxmayıb, əksinə, daha da artıbdır.Azərbaycan öz aqressiv siyasətçiliyini  davam edir.

Odur ki, istisna olunmur ki,  Azərbaycan tərəfindən yeni eskalasiya yaxud yeniaqressiya olsun”-deyərək Hovannisyan qeyd edib.

Azərbaycanşünas mütəxəssis üçtərəfli açıqlamadan sonra Azərbaycan rəhbərliyinin dəfələrlə aqressiv bəyanatlar verdiyini, ordunun modernləşdirilməsi siyasətini davam etdirdiyini xatırladır.

Odur ki, bu cür hərbi təlimlərə tez-tez rast gələcəyik.

Yeni bir müharibə haçan başlayacağı sualına mütəxəssis cavab verə bilmir, faktları yoxdur və proqnoz vermək istəmir.

“Nə qədər ki, mənafelərin toqquşması var və bu maraqların toqquşması nəinki ləğv olmayıb, müharibə bitdikdən sonra  daha da artıb, inkişaf etməyə davam edir belə ki, müharibə ehtimalı daima da olacaqdır.

Söz, Ermənistan, Artsax və Azərbaycan arasında müharibəd barədədir” – deyərək Hovannisyan izah edib.

Regional məsələləri üzrə ekspert Karen Hohannisyanın qənaətincə,növbəti müharibə, əgərolarsa, regionda rol oynayan oynayan dövlətlərin müharibəsi olacaq.

İndi inanılmaz görünə bilən Rusiya-Türkiyə müharibəsindən danışırıq, amma əslində, ona görə, Rusiya-Türkiyə münasibətləri o qədər gərgindir ki, toqquşmalar istisna edilmir.

“Müharibə təhlükəsi var, ləğv olunmayıb. Yalnız onu deyə bilərəm ki, müharibənin aktiv fazası bitdi, ola bilsin ki, növbəti mərhələ başlayacaq və növbəti mərhələ sentyabrın 27-də olan  müharibə demək deyil.

Amma eyni zamanda yalnız Ermənistan və ya Azərbaycan tərəflərinin cəlb edilməsiylə müharibə  olmayacaq…”-deyərək ekspert  qeyd edib.

Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Azərbaycan Silahlı qüvvələrinin əməliyyat-taktiki təlimləri planlaşdırılır, bölgədəki sabitlik və təhlükəsizlik üçün risklər yoxdur.

Ekspertin sözlərincə, Türkiyənin niyyəti  Cənubi Qafqazdakı təsir sahələrini artırmağa yönəlib və bu kontekstdə Rusiya Türkiyənin Ermənistana təcavüzünü özünə qarşı təcavüz kimi qəbul edəcəkdir.

Rusiya Ermənistanı  elə asanlıqla Türkiyənin və ya NATO-nun təsir dairəsinə təslim etməyəcəkdir. Mümkündür ki, toqquşma məhz təsir sahələrinin dəqiqləşdirilməsi ilə əlaqəli olacaqdır.

Daha çox göstər
Back to top button