BaşlıcaSiyasət

LHP müqaviləli hərbi xidmət yaş həddinin 63 yaşa kimi artırılmasını təklif edib

ER parlamenti plenar iclaslarının gündəliyində müqavilə əsasında hərbi xidmət üçün yaş səviyyəsinin 45-dən 63 yaşa qaldırılmasını təklif edən “Lusavor Hayastan” partiyasının  təqdim etdiyi qanun layihəsinə baxılacaqdır.

Verilən məlumata görə, “Hərbi xidmət və hərbiçinin statusu haqqında” ER qanununa dəyişikliklər edilməsi barədə qanun layihəsi, parlamentin Müdafiə və təhlükəsizlik məsələləri üzrə  daimi komissiyası iclasında  LHP rəhbəri Edmon Marukyan tərəfindən təqdim edilib.

“Müharibədən dərhal sonra ordumuzu müqaviləli əsgərlərlə doldurmaq vəzifəsi ilə qarşılaşırıq.

Kapanda və Gorisdə yaşayan soydaşlarımızdan təkliflər almışıq ki, qanunun  müvafiq  müddəasına əsasən  45-yadan sonra  müqaviləli hərbi xidmətdə xidməti davam etdirmək mümkünsüzdür, cümləsini  dəyişdirərək yaş həddini artıraraq qanun layihəsi təqdim olunsun.

Biz təklif edirik ki, həmin yaş həddi artırılaraq 63 yaş həddinə çatdırılsın”-deyərək Marutyan qeyd edib.

 Qeyd edək ki, yüksək səviyyəli zabitlər üçün  yaş həddi   çoxdur. Əgər şəxs generaldırsa, biz onu orduda saxlamaq istəyirik,Amma məsələn  məsələn,  zabitdirsə 45-dən sonra  deyirik ki,  məzuniyyətə get”-deyərək Marukyan qeyd edib.

.

Beləliklə, layihədə hərbi xidmət üçün 63 yaşa qədər, “General Polkovnik” və “Ordu generalı” rütbəli zabitlər üçün 65 yaşa qədər yaş həddi nəzərdə tutulur.

Bununla birlikdə, “Hərbi Xidmət və Hərbi personalın statusu haqqında” qanuna edilən dəyişikliklərdə yaş həddi bəzi yüksəliş meylləri ilə yenidən nəzərdən keçirilməsini təmin etdiyini və daha çevik bir sistem yaradacaqlarını söylədi.

Layihə komitədə səs verərək müsbət rəy aldı və parlamentin plenar iclasında baxılacaqdır.

Daha çox göstər
Back to top button