
Azərbaycandan olan bir qrup siyasi mühacir, Berlində Almaniya Xarici işlər nazirliyinin qarşısında təhlükəsizliklərini təmin etmələrini tələb edərək etiraz aksiyasını keçirib.
“Turan”ın yazdığına görə, nümayiş Fransadakı siyasi mühacir bloger Məhəmməd Mirzəlinin həyatına qəsd cəhdinə həsr olunmuşdur.
Xarici işlər nazirliyinin binasının qarşısına toplaşanlar Azərbaycan səfirliyinə doğru yürüş edərək orada nümayişi davam etdirdilər.
Çıxış edənlər Avropadakı siyasi mühacirlərin təqibiniməhkum etdilər, AB üzv dövlətlərindən Azərbaycan hökumətini tənqid edənləri qorumaq üçün tədbirlər görməyə çağırdılar.