
Azərbaycan hakimiyyəti o ölkədə saxlanılan əsirlərin sayını çox azaldır.
Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə görüşdən sonra Artsax XİN başçısı Davit Babayan bildirdi.
“Görüş ərzində Qarabağ-Azərbaycan müharibəsi, mövcud vəziyyəti və bərpa işləri ilə bağlı müxtəlif məsələlər müzakirə olunub. Təhlükəsizlik məsələlərə xüsusi diqqət ayrılıb”,- deyə Davit Babayan qeyd etdi.
Artsaxın xarici işlər naziri vurğuladı ki, Azərbaycanın addımları sadəcə insan normalarının deyil, beynəlxalq hüququn da kobud şəkildə pozulmasıdır.
“Birincisi, Azərbaycanda o ölkənin təqdim etdiyindən daha çox əsir və girovlar var. İkincisi, Azərbaycan nəyə görə əsirləri terrorçu kimi təqdim etməyə çalışır? Bir əsaslandırma üçün beynəlxalq təşkilatların nümayəndələri yerindəcə onlarla tanış olmaq, onların terrorist olub-olmadığını görmək lazımdır. Onlar nə üçün bütün məlumatları gizlədirlər? Biz yaxşı bilirik ki, əsirlərin sayı daha çoxdur”,- deyə Davit Babayan qeyd etdi.
Münaqişənin nizamlanmasında ATƏT-in Minsk qrupunun roluna toxunan nazir qeyd etdi ki, erməni tərəfi Minsk qrupunun fəaliyyətinə əhəmiyyət verir.
“Biz görüşlərə və müzakirələrə hazırıq, ancaq yalvarmayacağıq və ya alçaldılmayacağıq. Bu onların maraqlarına cavab verir. Formatı qorumaq lazımdır. Münaqişə tərəfləri və Minsk qrupunun həmsədr ölkələri həmişə Minsk qrupunun və həmsədrliyinin əhəmiyyətini vurğulayıblar”,- deyə Davit Babayan qeyd etdi.