Bundestaqda Bakıda rüşvətlə bağlı ciddi korrupsiya qalmaqalı başlayır

DW, Almaniya Bundestaqında ciddi bir korrupsiya qalmaqalının başladığını bəyan edib.
Almaniyanın bəzi siyasət xadimləri Azərbaycanla əlaqələrindən şəxsən qazanc əldə etməyə çalışmışlar. Almaniya prokurorluğu diqqəti hakim Xristian Demokrat Partiyasının iki üzvü Aksel Fisşer və Mark Hauptman üzərində cəmləşdirib.
Sonuncusu qalmaqala görə martın 11-də istefa edib.
Fisşer Hauptman partiyasının üzvü Tomas Baraisa da Azərbaycanla korrupsiya əlaqələrində şübhəli bilinir.
2017-ci ildə dərc olunan “Kürü diplomatiyası” adlı müstəqil bir hesabata görə, Azərbaycan xeyli müddətdir AŞ PA millət vəkilləri üzərinə təsir etməyə çalışır.
Sənəddə Bakının AŞ PA Monitorinq Komitəsinin Azərbaycanın Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini izləyən məruzəçilərinə rüşvət verilməsində iştirak etdiyi bildirilir.
Rüşvət olaraq kürü, xalçalar, bahalı içkilər və zinət əşyaları da daxil olmaqla hədiyyələrdən istifadə olunmuşdur.
AŞ PA-dakı Bundestaq nümayəndə heyətinin Xristian-demokrat partiyasının (CDP) millət vəkili Karin Strentz kimi üzvləri də hesabatda üzə çıxdı.
Korrupsiya iddiaları itihamı səbəbindən Strentz 2018-ci ilin əvvəlində yenidən AŞ PA nümayəndə heyətinin üzvü olaraq təyin edilmədi.Bununla belə bu günə kimi yenə də millət vəkilidir. Eyni iş çərçivələrində keçmiş millət vəkili Edvard Lintnerin də adı çəkilir.
Almaniya və digər Avropa ölkələrinin millət vəkillərinə hədiyyələr çatdırmaqla Azərbaycan hansı maraqları güdür?.
“Burada məsələ yalnız iki ölkə arasındakı münasibətlərin inkişafı və ya investisiyaların cəlb edilməsində deyil. İlk növbədə Azərbaycan öz xüsusi imicini yaxşılaşdırmaq istəyir”-deyərək Tbilisidə “Heinrix Byol” Fondunun rəhbəri Stefan Meister qeyd edib.
“Azərbaycan dünya arenasında potensial siyasətçiləri dəstəkləyərək öz ölkəsində müsbət imic yaratmağa və bununla da siyasi proqramlarını qanuniləşdirməyə cəhd edir” – deyərək ekspert qeyd edib.
Bu haqda “Deutsche Welle” yazıb.