
İtirilmiş hərbi əmlakı bərpa etmək, əvvəlki çatışmazlıqları aradan qaldırmaq, mövcud problemləri ən qısa müddətdə həll etmək və döyüş hazırlığımızı artırmaq üçün Rusiya Federasiyasının simasında bir nömrəli strateji tərəfdaşımızla intensiv və aktiv işlər aparılır.
Bu haqda Müdafiə nazirinin müavini Arman Sarkisyan müdafiə və təhlükəsizlik üzrə daimi parlament komissiyasının iclasında hökumətin 2020-ci ilədək proqramının icrası barədə hesabatın müzakirəsi zamanı bəyan edib.
Qeyd edək ki,o, əldə etdiyi texnika və silahlar barədə məlumatların yayımlanmasından çəkindi.
“Ermənistan Müdafiə nazirliyi, təhlükəsizliyimizin qarantı olaraq əlindən gələn hər şey edəcəkdir ki, daha mübariz ordusu olsun.Bizim təhlükəsizliyimizin zəmini olsun.
Hərbi əməliyyatların yenidən başlanması amilində müqavimətedici faktor olsun”-deyərək nazir müavini əmin etdi.