Başlıcaİctimaiyyət
PicsArt və ServiceTitan erməni şirkətləri Forbes-in ən yaxşı startaplar siyahısında

Nüfuzlu Forbes, işçilərini virtual aləmə köçürməyi bacaran 500 şirkətin siyahısını açıqladı.
StartHubArmenian yazır ki, siyahı, ən azı 50 işçisi olan 2500 şirkətin təxminləri ilə hazırlanmışdır. Seçim üç meyar əsasında aparıldı: işəgötürən nüfuzu, işçi məmnuniyyəti və artım.
Siyahıya iki erməni şirkəti – Picsart və ServiceTitan daxildir.
2012-ci ildə qurulan erməni şirkəti Picsart, ilin ən yaxşı işəgötürənləri siyahısında 93-cüdür.
Silikon Vadisində ən sürətli böyüyən şirkətlərdən biri olan ServiceTitan isə siyahıda 116-cı yerdədir. Şirkət 2013-cü ildə qurulmuşdur.
Forbes siyahısına 2016-cı ildə qurulan Hiya startapı başçılıq edir.