
Rusiya KİV-ləri “Qazprom Export” şirkətinə istinadən yazır ki, Ermənistana nəql edilən qaz üç həftə boyunca Azərbaycan ərazisindən keçəcək.
““Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində planlaşdırılmış profilaktik təmir işləri zamanı Rusiya qazı istehlakçılara Azərbaycan ərazisindən nəql ediləcək. “Qazprom eksport” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti martın 16-da Rusiya qazının Azərbaycan ərazisindən nəqli haqqında qısamüddətli müqavilə imzalayıb”,-məlumatda deyilir.
Qeyd olunur ki, təmir işləri üç həftəyə yaxın davam edə bilər. İşlər bitdikdən sonra qazın nəqli əvvəlki marşrutla – Rusiya və Gürcüstan sərhədindən nəql ediləcək.
“Armenpress” məsələ ilə bağlı “Qazprom-Armenia” şirkətinin İctimaiyyətlə əlaqələr xidmətinin cavabdahı Mikayel Harutyunyanla danışdı. O xatırlatdı ki, Ermənistana qaz təchizatı Karmir Kamurc (Qırmızı Körpü) -Sevkar-Berd qaz kəməri ilə həyata keçirilir.
“Bu məlumatlarla bağlı başqa bir şərhimiz yoxdur”,-Harutyunyan qeyd etdi.