ArtsaxBaşlıcaSiyasət

ABŞ, DQ münaqişəsinin sülh yolu ilə həlli üçün tərəflərə yardım etməyə sadiq qalır

ABŞ prezidenti Co Bayden bildirib ki, onun administrasiyası regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaqdır. Bu barədə Co Bayden Novruz ilə əlaqədar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda qeyd edib:

“Mənim administrasiyam təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaqdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalırıq”.

O həmçinin qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı Azərbaycanın səylərini dəstəkləyirlər: “Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır”.

Daha çox göstər
Back to top button