BaşlıcaBeynəlxalq

ABŞ konqresmenləri Azərbaycanı erməni əsirlərini dərhal sərbəst buraxmağa çağırıb

Martın 16-da ABŞ Nümayəndələr Palatasının Ermənistan məsələləri üzrə komitəsinin həmsədrləri Adam Şif, Qus Bilirakis, Frank Palone, David Valado və Ceki Spier, Azərbaycanı 2020-ci ildə Qarabağ müharibəsi  zamanı əsir götürülmüş bütün əsirləri və mülki şəxsləri dərhal azad etməyə çağıran bir qətnamə təqdim etdilər.

Qətnaməyə Nümayəndələr  Palatasının 31 üzvü öz dəstəyini  bildirib.

Qətnaməyə görə, Ermənistan, Rusiya və Azərbaycanın  noyabrın 9-da imzaladığı üçtərəfli bir bəyanat bütün əsirləri azadlığa buraxacağını vəd edir və Ermənistan öhdəliklərini tam yerinə yetirsə də, Azərbaycan onları əsir saxlamaqla  hərbi əsirlərin statusunu saxtalaşdırmaq istəyini doğrultmağa çalışır.

Qətnamənin yekun hissəsində deyilir:

“Nümayəndələr palatası

Azərbaycandan bütün hərbi əsirləri və mülki şəxsləri dərhal azad etməyə çağırır,

ABŞ Dövlət Departamenti bütün  səviyyələrdə, o cümlədən  həm ATƏT MQ prosessi çərçivəsində Azərbaycanla işləməlidir, dərk etməklə xüsusi  öhdəliklərinin yerinə yetirilməsinə sadiq  qalmaq nə dərəcədə  vacibdir.

Yəni noyabrın 9-da  olan bəyanata və beynəlxalq qanuna əsasən, bütün hərbi əsirləri və əsir götürülmüş mülki  şəxsləri dərhal azadlığa buraxmalıdır”.

ABŞ Nümayəndələr Palatasının üzvü Adam Şif, Dağlıq Qarabağdakı son müharibədən 100 gün sonra Azərbaycanda yüzlərlə erməni hərbçinin və mülki şəxsin  saxlanılmasını qəbuledilməz hesab edir.

“Azərbaycan dərhal bu əsirləri azad etməlidir. Nə qədər bu işləri  təxirə salarsa, bir o qədər beynəlxalq hüquqa və insan hüquqlarına  hörmətsizliyini göstərmiş olacaq.

“Son müharibənin dəhşətli vəhşiliyində Azərbaycan onsuz da törətdikləri  əmməlləriylə günahkardır belə ki, bu problemi daha da  dərinləşdirir”- deyərək  deyən Şif qeyd edib ki, ABŞ bütün diplomatik kanallar vasitəsilə erməni əsirlərinin qayıdışını təmin etməlidir.

Bilirakisin sözlərinə görə, Azərbaycanın müharibədən bir neçə ay sonra erməni əsirlərini  bağlı qapılarda saxlaması  Azərbaycan tərəfinin addımı Cenevrə Konvesiyasının və Beynlxalq  qanunun  açıq-açığına pozuntusudur.

Daha çox göstər
Back to top button