ABŞ Xristian Kilsələrinin Milli Şurası ABŞ-nı erməni hərbi əsirlərin məsələsində addımlar atmağa çağırıb

ABŞ Xristian Kilsələrinin Milli Şurası Artsaxla bağlı bəyanat yaydı. Onlar ABŞ-nı Azərbaycan və Türkiyənin başlatdığı müharibə səbəbindən evlərindən didərgin düçmüş şəxslərə yardım göstərməyə çağırıblar.
Kİlsələrin Milli Şurası ABŞ hakimiyyətini Artsax əhalisinə daha çox humanitar yardım göstərməyə çağırıb. Türkiyə və Azərbaycanın başlatdığı müharibə səbəbindən 50 mindən çox erməni evlərindən didərgin düşmüş.
“Biz erməni əsirlərin və əsirlikdə olan mülki şəxslərin qaytarılması üçün fəal danışıqlar başlamağa çağırıq. Əsirlərin hələ də Azərbaycanda saxlanılması 2020-ci ilin noyabrın 9-da imzalanmış bəyanata ziddir. Biz ABŞ-dakı bütün siyasi və dini xadimlərini 20-ci əsrdə törədilən ilk soyqırımı -Erməni Soyqırımını tanımağa çağırıq”,- deyə bəyanatda qeyd olunur.
ABŞ Kilsələrin Milli Şurası 101 konqresmenin ABŞ Dövlət Katibi Entoni Klinken və ABŞ müdafiə naziri Lloyd Ostinə ünvanladığı məktubu alqışlayır.
“ABŞ prezidenti Jo Bayden və dövlət katibi Entni Blinkeni erməni əsirlərin və girovluqda saxlanılan mülki şəxslərin azadlığa buraxılması üçün addımlar atmağa və danışıqlar aparmağa çağırıq. Azərbaycan atəşkəs bəyanatın müddəalarını yerinə yetirməkdən imtina etdi”,- bəyanatda deyilir.
ABŞ Kilsələr Milli Şurası Azərbaycan tərəfindən kilsələrin və digər abidələrin məhvi də pisləyib.