
Ermənistan Atom elektrik stansiyası xüsusi komplekslərlə qorunur. Bunu martın 18-də BMT-nin milli enerji mütəxəssisi Ara Marcanyan “Ermənistanda nüvə sənayesinin inkişaf perspektivləri” mövzusunda müzakirə zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistan ərazisində Rusiya və Belarusiyada yerləşən komplekslər də var. Söz “S-300” kompleksləri yox, digər komplekslər barədəsindədir.
Mütəxəssis xatırladıb ki, Azərbaycan, Ermənistanın Atom elektrik stansiyasına zərbə vurmaq niyyətində olduğunu elan edən yeganə ölkədir. “Türkiyə, Azərbaycan və Pakistan arasındakı təhlükəli əməkdaşlığı da qeyd etmək vacibdir ki, onların fəaliyyəti beynəlxalq tənzimləməyə tabe olmur”-deyə Marcanyan əlavə edib.