
Fransanın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Jonatan Lakot, Azərbaycanda saxlanılan erməni əsirlərini ER-na qaytarılmalı olduğuna əmindir.
Bu haqda Lakot jurnalistlərlə görüşü ərzində bəyan edib.
“Hərbi əsirlər məsələsinə yanaşmam qətidir və aydın: onlar geri qaytarılmalıdır.
Proses nəinki yalnız noyabrın 9-da olan bəyanatın əsası üzərində deyil, eyni zamanda beynəlxalq konvensiyalarda təsbit edilmiş insan hüquqlarının qorunması əsasında həyata keçirilməlidir”-deyərək Fransanın ER-da olan səfiri qeyd edib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu məsələyə diplomatik həll yolu tapmaq üçün müzakirə edib danışıq apara biləcəyi yeganə qurum olaraq qalmaqdadır.
“ATƏT-in Minsk qrupu haqqında danışarkən vasitəçilik etməyə və hər iki tərəfə kömək etməyə hazır olan bir danışıq orqanı ilə qarşılaşdığımızı anlamalıyıq.
İsveç Xarici işlər naziri (ATƏT-in fəaliyyətdə olan sədri kimi) də ATƏT-in Minsk Qrupunun Ermənistana səfəri zamanı yeganə vasitəçi qurum olduğunu xatırlatdı.
Minsk qrupunun həmsədrləri hazırda bölgəyə işgüzar səfər etmək barədə danışıqlar aparırlar”-deyərək Jonatan Lakote qeyd edib.