BaşlıcaBeynəlxalqSiyasət

Rusiya müdafiə naziri “Turan ordusu” iddialarına güldü

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qazaxıstanın “Tengrinews.kz” saytına müsahibəsində “Böyük Turan” və “Turan ordusu” iddialarına münasibət bildirib.

Rusiyanın müdafiə naziri xatırlatdı ki, türk türkdilli xalqlar Rusiyada da yaşayırlar, ona görə də bu söhbətlərin kimə qarşı yönəldiyini anlaya bilmir.

“Birincisi, mən bu adamlara demək istərdim, bilmirəm, onları siyasətçi adlandıraq, yoxsa kim. Yaxşı, budur, siz bunu arzu edirsiniz, bu istiqamətdə hansısa addımlar atmağa cəhd edirsiniz. Nədən ötrü və kimə qarşı? Eyni türkdilli xalqlar Rusiya ərazisində də yaşayır onların sayı bizdə kifayət qədər çoxdur. Ölkəmiz çoxkonfessiyalı və çoxmillətldir. Biz əsrlərlə birlikdə yaşayırıq”,- deyə Şoyqu qeyd etdi.

Türkiyə ilə münasibətlərə toxunan müdafiə naziri qeyd etdi ki, “çox çətin, mürəkkəb, lakin çox məhsuldar iş aparılır”. Sergey Şoyqunun sözlərinə görə, iş çətindir, çünki Türkitə NATO üzvüdür.

“Əlbəttə, bu mane olur. Deyərdim ki, çox unikal bir təcrübədir. Belə ki, tərəflərdən biri NATO üzvüdür, digəri isə bu təşkilata üzv deyil. Onlar bir-biri ilə dil tapır, birlikdə iş aparır, əməliyyatlar həyata keçirir, mümkünsüz olduğu düşünülən məsələlərdə kompromisə gəlirlər. Lakin biz məsələlərin həlli variantlarını tapırıq”,- deyə Şoyqu vurğuladı.

Daha çox göstər
Back to top button