
ER UNICEF-in nümayəndəsi Ermənistandakı nümayəndəsi Marian Klark-Hatingin Azərbaycanın xeyrinə casusluq etməsi barədə heç bir məlumatlar ER MTX-də yoxdur.
ER Milli Təhlükəsizlik xidmətindən “Sputnik Armeniya”nın yazılı sorğusuna cavab verilib.
Bu günlərdə İnternetdə Azərbaycan və Böyük Britaniyaya casusluq etdiyi üçün Ermənistanı tərk edən Marian Klark-Hating haqqında böyük qalamqal yayıldı.
Xarici işlər nazirliyinin mətbuat katibi Anna Naghdalyan bildirib ki, Klark-Hatingin Ermənistandakı səlahiyyət müddəti, vəzifəsini yerinə yetirməsindəki çatışmazlıqlar və əməkdaşlıq etmədiyi iş tərzi səbəbindən dayandırılıb..
Marian Klark-Hattingə qarşı casusluq ittihamları ilə bağlı istintaqın olub-olmadığını MTX-dən də soruşduq.
“MTX problemlərini qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətləri çərçivəsində həll etmək üçün gündəlik rejimlə qarşısında duran məsələlərinhəllinə yönəlmiş işləri həyata keçirməkdədir” – deyərək sualımıza cavab olaraq bildirdi.
Eyni zamanda, UNICEF-in Ermənistandakı nümayəndəliyinə Xarici işlər nazirliyinin rəsmi nümayəndəsinin hansı çatışmazlıqlardan bəhs etdiyini, Klark-Hatingin işi ilə bağlı hər hansı bir problemin olub-olmadığını soruşaraq yazılı bir sorğu göndərmişik.
UNICEF-in Ermənistandakı İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zara Sarkisyan qeyd edib ki, Klark-Hatingi,yüksək keyfiyyəti olan, həddindən artıq təcrübəli,inkişaf sahəsində fəaliyyətinə sadiq olan bir peşəkardır.
O, Ermənistanda vəzifəyə keçməzdən öncə,Malaziyada UNICEF-in nümayəndəsi olub.
“O, sistemində Somalidə, Qanada, Benidə və Madaqaskarda müxtəlif vəzifələrdə çalışıb” – deyərək Sarkisyan yazıb.
Prokurorluq UNICEF nümayəndəsinin casusluq xəbərini araşdırır
O,UNICEF-in 1994-cü ildən bəri Ermənistan Respublikasında Ermənistan uşaqları naminə çalışdığını və Ermənistan Respublikası hökuməti ilə sıx və səmərəli əməkdaşlıq etdiyini xatırlatdı.
Ermənistanda UNİCEF-in yeni nümayəndəsi vəzifəsinə namizədin olub-olmadığıyla maraqlandıq. Sarkisyan müsbət cavab verərək qeyd edib ki, yeni namizədin təsdiqini gözləyirlər.
“Ümidvaram ki, yaxın gələcəkdə onun tərcümeyi-halını dərc edəcəyik”-deyərək Sarkisyan qeyd edib.
O, həmçinin Marian Klark-Hatingin artıq başqa bir idarəyə göndərildiyini də söylədi.
Xatırladaq ki, ER Baş prokurorluğu da Marian Klark-Hatting haqqında məlumatları yoxladığını, prokurorluqda belə bir cinayət işinin olmamasını qeyd etmişdir.