BaşlıcaSiyasət

Zara Amatuni izah edir:” Xtsaberddə əsir düşən ermənilərin BQXK-nın statusu nədir?”

Tərəflərin statusundan asılı olmayaraq, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK), məhbusların beynəlxalq humanitar qanunlarla qorunması şərtilə status məsələlərini konfidensial dialoq çərçivəsində müzakirə edir.

BQXK-nın Ermənistandakı idarəsinin əlaqə proqramları üzrə  rəhbəri Zara Amatuni jurnalistin sualını cavablandırarkən bunları söylədi:

 “Azərbaycan Prezidenti və Xarici işlər naziri dəfələrlə Azərbaycanın bütün erməni  əsirlərini geri qaytardığını bildirdilər.

Onların iddasınca, Azərbaycanda saxlanılan digər ermənilər fərqli statusa malikdirlər və cinayət törətməkdə ittiham olunurlar.

Beynəlxalq Qırmızı Xaç Komitəsinə görə, dekabrın 16-da Xtsaberd-Hin Tager hissəsində (müharibə bitdikdən sonra Ermənistanın nəzarətində olan ərazidə) Azərbaycan tərəfindən ələ keçirilən ermənilərinstatusu hansıdır?”

“Azərbaycan hakimiyyəti tərəfindən BQXK-ya bildirilən hər kəsi ziyarət etməyə davam edirik. Onlar haqda  Azərbaycan hakimiyyətləri  BQXK-ni məlumatlandırıb.

 Bizim ziyarətlərimiz barədə  mövcud şəxslərin doğmalarını dərhal məlumatlandırırıq ki, nə qədər ki, onlar azadlıqda deyillər onlar arasında  əlaqə saxlanılsın”-deyərək Amatuni qeyd edib.

Daha çox göstər
Back to top button