ArtsaxBaşlıcaİctimaiyyət
Arayik Harutyunyan Azərbaycandan didərgin düşmüş bir qrup erməni qaçqınla görüşüb

Martın 18-də Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Azərbaycandan didərgin düşmüş bir qrup erməni qaçqınla görüşüb.
Artsax Respublikası Prezidenti Aparatından verilən məlumata görə, görüşdə erməni qaçqınlarının həm sosial, həm də digər məsələlərinə toxunuldu.
Dövlət başçısı Artsaxda yerləşmiş qaçqınların problemlərinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu qeyd etdi və əlavə etdi ki, hakimiyyət onların hüquqlarını qorumaqla yanaşı mənzillə təmin etmək və mənzil şəraitini yaxşılaşdırmaq üçün əllərindən gələni edir.
Prezident problemli məsələlərin müəyyənləşdirilməsi və həll yollarının tapılması üçün birgə və koordinasiyalı iş aparılmasının vacibliyini vurğuladı.