
DQR Xarici işlər nazirliyi Azərbaycan Prezidentinin işğal olunmuş Artsax ərazilərinə səfəri ilə bağlı bəyanat verdi ․
“Azərbaycan-Qarabağ münaqişəsinin davamlı həll yolu tapmaq üçün davam edən səylərə tamamilə hörmətsizlik edən Azərbaycan prezidenti İlham Əliyev və xanımı, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva və digər yüksək vəzifəli şəxslərin müşayiəti ilə Artsax Respublikanın işğal olunmuş Hadrut rayonuna səfər etmişdir.
Okupasiya olunmuş ərazilərdə olduğu müddətdə prezident Əliyev şəxsən özünü müşayiət edən məmurlara işğal olunmuş ərazilərdəki kilsələrin və abidələrin divarlarından orta əsrlərə aid erməni yazılarını silməyi tapşırmışdır.
Oxşar rəsmi səfərlər Azərbaycanın anti-erməni və hərbi nəfəsli siyasətinin, eləcə də gələcək təcavüzkar planlarının təcəssümüdür.
Artsax Respublikası dəfələrlə beynəlxalq ictimaiyyətə Azərbaycanın tərəfindən dövlət səviyyəsiylə həyata keçirilən mədəniyyət terrorizmi, onu hərbi işğalı altındakı ərazilərdə erməni mədəniyyət irsinin məhv edilməsi və soyqırımı siyasətinin kobud şəkildə təbliğatı barədə məlumat vermişdir.
Bu soyqırım siyasəti insanlığa qarşı bir cinayətdir, beynəlxalq normaların, müqavilələrin, qətnamələrin, razılaşmaların kobud şəkildə pozulması, bütün sivilizasiyalı dünya üçün bir təhdiddir.
Müvafiq beynəlxalq təşkilatlardan erməni mədəniyyət irsinin məhv olmasının qarşısını almaq və Azərbaycan soyqırımı siyasətini pisləmək üçün bütün lazımi tədbirləri görməyə çağırırıq.
Hərəkətsizlik və laqeydliyin gözlənilməz nəticələri ola bilər”.