
Azərbaycanın işğalı altında olan Artsax ərazilərindəki erməni tarixi və mədəniyyət abidələrinə qarşı törədilənlər mədəniyyət soyqırımdır.
Bu haqda Artsax Respublikasının Xarici işlər naziri David Babayan jurnalistə verdiyi müsahibəsində Şuşidəki “Kanaç Jam” kilsəsinin azərbaycanlılar tərəfindən məhv edilməsinə toxunaraq qeyd edib.
“Azərbaycanlılar bizim tariximizi yaxşı bilirlər – bu kilsənin dağıdılmasısa, Azərbaycan prezidentinin və dövlətininbütün Artsaxa sahib ola bilsək eynisini edəcəyik, mesajından başqa bir şey deyil.
Azərbaycanın erməni tarixi və mədəniyyət abidələri ilə əlaqəli bu hərəkətləri faşist siyasətinin iyrənc və təhlükəli formalarda ardıcıllıqla davamı və təcəssümüdür.
Azərbaycanlıların bu hərəkətləri, dünya abidələrini dağıdan terrorçuların Yaxın Şərqdəki hərəkətlərindən heç nəylə fərqlənmir.
Ən pis və ən təhlükəli olan yeganə fərq ondadır ki, Yaxın Şərqdəki dünyanın tarixi və mədəni abidələri bəzi terror qrupları tərəfindən dağıdılırsa, azərbaycanlılar məsələsində bu hərəkətlər dövlət tərəfindən həyata keçirilir.
“Əliyev açıq şəkildə, utanmadan dövlət orqanlarına, məsələn, erməni kilsəsinin oymalarını həkk olunan erməni yazılarını məhv etmək üçün müvafiq təlimat verir”- deyərək Babayan qeyd edib.