
Ermənistanın Xarici İşlər Nazirliyi Arstax Respublikasının işğal olunmuş ərazilərində erməni mədəni irsinin məhv edilməsinə dair bəyanat yaydı.
Bəyanatda qeyd olunur ki, son günlərdə Azərbaycanın prezidenti İlham Əliyev işğal olunmuş Hadrut rayonu və Şuşi şəhərini ziyarət etdi. Bu ərazilər Türkiyənin birbaşa dəstəyi ilə terrorçuların iştirakı ilə Azərbaycanın həyata keçirdiyi təcavüz nəticəsində Azərbaycanın nəzarətinə keçiblər.
“Müharibə ərzində Azərbaycan silahlı qüvvələri beynəlxalq humanitar hüququ açıq şəkildə pozaraq Artsaxdakı ermənilərə qarşı kütləvi vəhşiliklər, o cümlədən etnik təmizləmə və hərbi cinayətlər törətdi.
Azərbaycanın işğalı səbəbindən işğal olunmuş Hadrut rayonda on minlərlə sakini olan çiçəklənmiş yaşayış məntəqələri boşaldıldı və bir çox mülki şəxs öldürüldü.
BMT-ninİnsan Hüquqları üzrə Ali Komissarı və “Human Rights Watch” təşkilatı daxil olmaqla, beynəlxaq ictimaiyyət Hadrut rayonunda mülki şəxslərə qarşı törədilən Cenevra konvensiyasının pozulması ilə bağlı öz mövqelərini bildiriblər.
Azərbaycan prezidentinin Hadrut rayonunda səfəri ərzində etdiyi bəyanatlar göstərirlər ki, onlar erməni yaşayış məntəqlərini məhv etmək və bunların əvəzinə Azərbaycan yaşayış məntəqələri yaratmaq istəyirlər. Bununla da, 2020-ci ilin noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatının müddəalarını pozurlar. Bəyanata əsasən, köçkünlər doğma yerlərinə qayıtmalıdır. Bu, onu göstərir ki, Artsax erməniləri Azərbaycanın nəzarəti altında yaşaya bilmirlər.
Bundan başqa, Azərbaycan etnik təmizləmə siyasiəti çərçivəsində Arstaxın erməni mədəni irsinin məhv edir və mənimsəyir.
Azərbaycan Tsakuri kəndindəki 17-ci əsrə aid olan erməni kilsəni alban kilsəsi kimi təqdim edir. Maraqlıdır ki, yayılan videoda sözügedən kilsə artıq vandalizmə məruz qalıb.
Bu konteksdı Şuşidəki “Kanaç jam” (Müqqədəs Hovhannes Mkrtiç) kilsəsinin məhv edilməsi da narahatedicidir. Kilsə hərbi əməliyyatlardan aylar sonra məhv edilib.
Bütün bunlar sübut edir ki, Azərbaycanın ölkənin xristian tarixi və mədəni irsini qoruyacağına və UNESCO ilə əməkdaşlığa hazır olduğuna dair verdiyi zəmanətlər tamamilə yalandır.
Artsax mülki yaşayış məntəqələrinin, mədəni irsinin məhvi, erməni əhalisinin məhvi və bunun yerinə Azərbaycan yaşayış məntəqələrinin yaradılması üzərində qurulan “sülh” davamlı ola bilməz. Beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıqla ədalətli və ləyaqətli sülh üçün mübarizəmizi davam etdirəcəyik”,- deyə bəyanatda qeyd olunur.