Dövlət 1988-1992-ci illərdə Azərbaycandan didərgin düşmüş 200-240 ailənin mənzil problemini həll etməyi planlaşdırır

Dövlət, 1988-1992-ci illərdə Azərbaycandan didərgin düşmüş 200-240 ailənin mənzil problemini 2021-ci ildə həll etməyi planlaşdırır.
Bu barədə ER Ərazi İdarəetmə və İnfrastrukturlar nazirinin müavini Vaçe Terteryan Ermənistan Respublikası Hökumətinin 2020-ci il proqramının icrası və nəticələrinə dair hesabatın təqdimatı zamanı bildirib.
“2,1 milyard ayırdıq və Azərbaycandan didərgin düşmüş 185 ailənin mənzil problemini həll etdik. Yerevanda təxminən 200-240 ailənin mənzil məsələsini həll etmək üçün bu ilki büdcəmizdə də 2,1 milyard var. Daha 260 qaçqın ailəsi qeydiyyata alınacaq”,-deyə Terteryan bildirdi.
Həmçinin vurğulanıb ki, bu rəqəmlər bir neçə il əvvəl aparılan siyahıyaalmanın nəticəsi olduğu üçün dəyişə bilər.
Nazir müavini bu problemin 1-2 il ərzində həll olunacağına ümid etdiyini bildirdi.