BaşlıcaSiyasət

Ermənistan AES-in istismar müddətini 2036-a qədər uzatmaq istəyir: Metsamor AES-in direktoru

Ermənistan atom elektrik stansiyasının fəaliyyətini 5-10 il uzatmaq istəyir. Bu barədə nüvə elektrik stansiyasının baş direktoru Movses Vardanyan bildirdi.

2015-206-cı illərdə “Rosatov” dövlət koorporasiyasının dəstəyi və Rusiya krediti köməyi ilə Ermənistan atom elektrik stansiyasının istismar müddətinin uzadılması üçün xeyli iş görülüb.

Hazırda bərpa işləri erməni tərəfinin vasitələri ilə aparılır və bərpa işləri sona çatır. Hazırda işləyən stansiyanın ikinci bloku 1980-ci ildə fəaliyyətə başlayıb.

“İndi digər ölkələrin təcrübəsini nəzərə alaraq zavodun fəaliyyət müddətini 5-10 il uzatmağa çalışacağıq”,- deyə Vardanyan bildirdi.

Bütün işləri nəzərə alaraq, AES-in rəhbərliyi stansiyanın istismar müddətinin 2026-cı ilə qədər uzadılması üçün nəzarət orqanına ərizə təqdim edəcəkdir.

Daha çox göstər
Back to top button