Başlıcaİctimaiyyət
Ermənistanda daha 891 nəfər COVID-19-a yoluxub

Ermənistanda son sutkada daha 8891 nəfər COVID-19-a yoluxub, 332 nəfər isə sağalıb.
Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 182 056-ya çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 19 nəfər artaraq 3 320-yə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 851 nəfərdir. İndiyədək 167 518 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 10 367 aktiv koronavirus xəstəsi var.