BaşlıcaEkonomika

Rusiya təmsilçisi: “Erməni AES İlkin olaraq 2036-cı ilə qədər istismar edilə bilər”

AES-in modernləşdirilməsindən sonra 2036-cı ilə qədər istismara vermək mümkün olacaqdır.

 Ermənistanın nüvə elektrik stansiyasının ömrünün uzadılması layihəsinin Rusiya tərəfinin rəhbəri Yuri Sviridenko martın 18-də jurnalistlərə açıqlamasında belə deyib.

 Onun sözlərinə görə, bütün bunları ilkin hesablamalar sübut edir.

Öz növbəsində, Ermənistanın Ərazi İdarəetmə və infrastruktur nazirliyinin enerji şöbəsinin müdiri Tiqran Melkonyan, ikinci enerji blokunun modernləşdirilməsi üçün ayrılan 63 milyard dramdan 20 milyard dramının xərcləndiyini vurğuladı.

Qeyd edək ki, bu məbləğ Ermənistanın dövlət büdcəsindən ayrılıb.

Xatırladaq ki, 2020-ci ilin iyun ayında Ermənistan hökuməti Rusiya kreditinin bir hissəsindən imtina etməyə və dövlət büdcəsindən 63 milyard dram ayırmağa qərar verib.

Daha çox göstər
Back to top button