
ER fövqəladə parlament seçkilərinə qədər baş nazirin səlahiyyətlərini ER baş naziri Nikol Paşinyan icra edəcək. Bu barədə Parlamentin vitse-spikeri Alen Simonyan jurnalistlərlə söhbət zamanı qeyd edib.
“Paşinyan baş nazirin vəzifəsini icra edəcək, digər ssenari müzakirə olunmayıb”- deyə Simonyan qeyd edib.
Alen Simonyanın fikrincə, gələcək seçkilərdə hakim partiyanın qalib gəlmə şansı yükəkdir.
“Təbii, reytinqimiz azalıb, amma kampaniya zamanı insanların bizi niyə seçməli olduğunu təqdim edəcəyik. Əlbəttə, məyusluqlar var, bizə qəzəblənənlər var, amma əminəm, qalib gələcəyik”- deyə o qeyd edib.
O, seçkilərdən əvvəl yeni Seçki Məcəlləsinin qəbul edilməsini istisna etməyib.
Xatırladaq ki, dünən Nikol Paşinayn bildirib ki, iyunun 20-də Ermənistanda fövqəlaqə parlament seçkiləri keçiriləcək.