
ER Ombudsmanı Arman Tatoyan öz facebook səhifəsində Hadrutun Tsakuri kəndi kilsəsində İlham Əliyevin səsləndirdiyi fikirlərə toxundu.
“Biz yalnız faktlar və bu faktlardan irəli gələn sualları təqdim edirik: Bu, etnik-dini zəmində hakimiyyətin ən yüksək səviyyəsində göstərilən nifrət, Artsaxda etnik təmizləmə və soyqırımı siyasətinin sübutu və faşist münasibət deyilsə, nədir?
Tsakuridəki 12-ci əsrdən qalan “Surb Astvatsatsin” kilsəsi kəndin keçmiş monastır kompleksi Tsağkavankdır. Ondan sadəcə “Surb Astvatsatsin” kilsəsi qalmışdır. Xaçdaşlara əsasən, o 1198-ci ildəndir və dəyirmi qapıları ilə fərqlənir. Kilsə Artsaxın orta əsr memarlığı və mədəniyyətinin şah əsəridir”,-deyə Tatoyan yazıb.
Ombudsman qeyd edib ki, bir neçə gün əvvəl də Azərbaycanın nəzarətində olan Şuşi şəhərindəki Müqəddəs İohann kilsəsinin dağıdıldığı təsdiqləndi. Üstəlik, kilsə müharibə zamanı, silahlı hücumlar zamanı deyil, bunlardan sonra dağıdıldı. Bu faktlar 2021-ci il martın 18-də ER Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada da təsdiqləndi.
ER Ombudsmanı bu faktların qeydlərini müvafiq beynəlxalq qurumlara göndərəcəkdir.
Ombudsman həmçinin qeyd edib ki, illər boyunca Azərbaycanda ən yüksək dövlət səviyyəsində ermənilərə qarşı nifrət və düşmənçilik bu şəkildə təşviq olunur və bu, yalnız etnik deyil, həm də dini xarakter daşıyır.
“2016-cı ilin aprel və 2020-ci ilin sentyabr-noyabr aylarında baş verən müharibələr zamanı Azərbaycan əsgərləri, Azərbaycan prezidentinin bu cür çıxışları və sözlərindən ilhamlanaraq, erməni hərbi qulluqçularına və mülki şəxslərə işgəncə verir, başlarını kəsir və digər vəhşiliklər edirdilər”,-deyə ER Ombudsmanı vurğulayıb.