ABŞ Senatı komitəsi Co Baydeni Erməni Soyqırımını tanımağa çağırır

ABŞ Senatının Xarici Əlaqələr üzrə komitəsi Prezident Co Baydeni Erməni Soyqırımını tanımağa səsləyib.
Komissiyanın Baydenə göndərdiyi məktubda deyilir:
“Biz bu günəcən, Sizi Erməni Soyqırımının reallığnı rəsmən tanımağınıza çağırmaq üçün yazırıq”-deyərək komitə üzvüləri tərəfindən Baydenə göndərilən məktubda qeyd olunur.
Konqresmenlər qeyd ediblər ki, Bayden daha əvvəl 2020-ci ildə verdiyi açıqlamasında erməni xalqının soyqırımını “soyqırım” olaraq tanıyıb.
Onlar ölkənin prezidenti statusunda bunu təkrarən səsləndirilməsi üçün çağırıblar.
Bəyanatda deyilir ki, 2019-cu ildə həm Nümayəndələr palatası, həm də Senat Erməni Soyqırımının tanınmasına dair qətnamələr qəbul etmişdir.
“İndisə İcraedici hakimiyyətin də eyni işi görmək vaxtı çatıb”-deyərək komitə üzvüləri bəyan edib.
Xatırladaq ki, Bayden, Erməni Soyqırımının 105-ci ildönümü münasibətilə mesajında, seçiləcəyi təqdirdə, Erməni Soyqırımı ilə bağlı qətnamənin qəbul edilməsinə dəstək verəcəyini bildirmişdir.
Senator olan zaman Baden rəsmi olaraq Nümayəndələr palatasının 106 saylı qətnaməsini dəstəklədiyini bəyan etdi.
Heç vaxt Soyqırımı tanımağa bu qədər yaxın olmamışıq ․ Yerevan Bayden dövründə nə etməməlidir?
Qətnaməyə əsasən, Prezident gərək hər il aprelin 24-də olacaq mesajında “soyqırım” ifadəsini istifadə etməli idi.
Bundan başqa, Baden Nümayəndələr palatası Senat tərəfindən 2019-cu ildə soyqırımı qətnaməsinin qəbul edilməsini dəstəkləmişdir.