“Human Rights Watch”: “Azərbaycan erməni hərbi əsirlərinə qarşı zorakalıq və işgəncələr tədbiq edib”

Azərbaycan qüvvələri 2020-ci ildə Qarabağ hərbi əməliyyatları nəticəsində əsirlikdə peyda olunan erməni hərbiçilərini əsir götürülən zaman olduğu kimi eləcə də, yerlərini dəyişərkən yaxud istintaq təcridxanalarında saxlayarkən işgəncələrə məruz qoymuşlar.
Bu barədə “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının açıqlamasında qeyd edilir.
“Azərbaycan hakimiyyəti pis rəftarla bağlı bütün iddiaları araşdırmalı və günahkarları məsuliyyətə cəlb etməlidir. Azərbaycan dərhal bütün digər hərbi əsirləri, həbsdə olan mülki şəxsləri azad etməli və statusu bilinməyən, lakin son olaraq Azərbaycanda həbsdə görünən hərbi qulluqçuların, mülki şəxslərin olduğu yer barədə məlumat verməlidir”- deyərək qurumun bəyanatında qeyd olunur.
“Human Rights Watch”-un Orta Asiya Avropa direktoru Hyu qeyd edib: “Həbs olunan erməni hərbiçilərinə qarşı işgəncə də daxil olmaqla qəddar rəftar iyrəncdir və hərbi cinayət hesab olunur”.
O, qeyd edib ki, oxşar nümunəli müharibə cinayətləri gərək dərhal məsuliyyətə cəlb olunsun.
Təşkilat, eyni zamanda digər əsirlərə qarşı qəddar rəftarı ətraflı təsvir edən dörd keçmiş əsir ilə söhbət etdi. Hamısı uzun müddət müntəzəm döyülməsindən danışdı.
Biri iti metal çubuqla işgəncə verildiyini, digəri elektrik cərəyanına məruz qaldığını, digəri keçmiş əsir isə yanan siqaretlə yandırıldığını bildirdi.
Kişilər, xüsusən də ilk günlərdə alçaldıcı şəraitdə saxlanıldığı və çox az su və yemək verildiyini deyib..
“Şiddət və işgəncə xəbərləri Azərbaycanda hələ də həbsdə olan erməni əsirlərinin daha çox işgəncəyə məruz qalma riski ilə bağlı narahatlığını artırır.
Azərbaycan rəhbərliyi işgəncə və zorakılığın nəzarət altına alınması üçün hərbi əsirlərə və hələ də həbsdə olan digər əsirləri humanitar qanunların və beynəlxalq insan haqlarının təmin etdiyi müdafiəni verməlidir”-deyərək “Human Rights Watch” mətbusu qeyd edib.