BaşlıcaSiyasət

Mütəxəssis: Rusiya və Türkiyənin əks qütblərdəki maraqları

Ermənistan-Rusiya münasibətlərinin vacib kontekstləri var. Rusiya regionda Türkiyə və Azərbaycan maraqları ilə uyğun olmayan maraqlarını həyata keçirir və bu, göz qabağındadır.

Bu haqda YDU-nun Şərqşünaslıq fakültəsinin dekanı, professor, türkoloq Ruben Melkonyan jurnalistlərə verdiyi müsahibəsində qeyd edib.

“Bir tərəfdən Türkiyə bizim üçün düşmən bir ölkədir, digər tərəfdən Rusiya bizim müttəfiqimizdir. Rusiya və Türkiyənin maraqları əks qütblərdədir.

Xüsusilə noyabrın 9-da  olan bəyanatın imzalanmasından sonra, haçan ki, Rusiya öz mövcudluğunu genişləndirərək Artsaxda sülhməramlı missiyasını həyata keçirməyə başladığı zaman Ermənistan-Rusiya münasibətlərində yaranan müsbət imkanlardan maksimum dərəcədə istifadə etmək lazımdır” –deyərək mütəxəssis  qeyd edib.

Melkonyan, düşmənin cinayətlərinin cavabsız qaldığını və müttəfiqimizin müharibənin sona çatmasında mühüm rol oynadığını, bu səbəblə cəmiyyətin düzgün qavranılması və qiymətləndirilməsinin daha vacib olduğunu qeyd etdi.

“Eyni zamanda, Ermənistan-Rusiya müttəfiq münasibətlərinə qarşı fəal bir kampaniyayürüdülür. Bu səbəbdən mütəxəssislərin düzgün qiymətləndirməsi cəmiyyəti istiqamətləndirmək məsələsində  mühüm rol oynaya bilər.

 Əlbətdə ki, hər şey dövlət maraqları çərçivəsində düşünülməlidir və məhz bunun əsasında ikitərəfli münasibətlər qurulmalıdır”-deyərək o, yekunlaşdırdı.

Daha çox göstər
Back to top button