BaşlıcaEkonomika

Nikol Paşinyan regional kommunikasiyaların açılmasını həm Ermənistan, həm də Azərbaycan üçün faydalı hesab edir

ER Baş naziri Nikol Paşinyan, Nerkin Bazmaberd icmasının sakinləri ilə görüşündə regional rabitə və yolların açılması barədə danışıb.

ER Baş nazirinin fikrincə,  komunikasiyaların açılması Ermənistan və Azərbaycan üçün qarşılıqlı əhəmiyyət kəsb edir.

“Biz irəlili getməliyik və  həmin irəli getməyin  yolu bu gün müzakirə olunmaq mərhələsindədir. Söhbət regional kommunikasiyalar və  yolların açılışı barədədir.

Əgər  kimsə yolların açılmasının yalnız Azərbaycana sərfəli olduğunu deyərsə inanmayın.

Kimsə kommunikasiyaların açılmasının yalnız Ermənistana faydalı olduğunu söyləyirsə, yenə də inanmayın.

Xüsusilə bu vəziyyətdə kommunikasiyaların açılması həm Ermənistan, həm də Azərbaycan üçün faydalıdır.

Bu, Azərbaycanın maraqlarına cavab verir, çünki onun Naxicevanla kommunikasion əlaqəsi olacaq.

Bu, Ermənistanın da  maraqlarına cavab verir, çünki Rusiya Federasiyası və İran İslam Respublikası ilə etibarlı dəmir yolu-quru əlaqəmiz olacaq.

Bu isə, ölkəmizin iqtisadiyyatının əhəmiyyətli dərəcədə dəyişə biləcəyi deməkdir”- deyərək Paşinyan qeyd edib.

Paşinyan xatırladıb ki, indi neft ehtiyatlarının Azərbaycan üçün faydaları barədə çox danışılır.

O, 21-ci əsrdə “neftin” mis halına gəldiyini, elektrikli avtomobillərin dünyada daha geniş yayıldığını və yanacaqlı avtomobillərin nəhayət bazardan sıxışdırılacağını qeyd etdi.

 Baş nazirin sözlərinə görə, elektrikli bir avtomobilin mühərrikinin ən vacib komponenti misdir və Ermənistanın mis ehtiyatlarısa  böyükdür.

 “Dəmir yollarını açmaq nail olarsa, o halda mis filizi şəklində ixrac edə bilməyəcəyik, ancaq bundan qaynaqlanan sonrakı emal zəncirini təmin etmək üçün onun əridilməsindən məhsullar yarada bilərik” –  deyərək  Paşinyan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button