BaşlıcaSiyasət

Paşinyan: “Hal-hazırda rəsmi olaraq təsdiqlənmiş 3250 nəfər həlak olanlarımız var”

ER Baş Naziri Nikol Paşinyan, 44 günlük Artsax müharibəsi zamanı erməni tərəfinin rəsmi olaraq təsdiqlənmiş sayını təqdim etdi.

Bu haqda Paşinyan, Aragatsotn bölgəsinin Nor Edesiya icmasının sakinləri ilə görüşdə, hazırda ölənlərin sayının 3 250  nəfər olduğunu rəsmi olaraq erməni tərəfdən təsdiqləndiyini dedi.

“Hazırda DNT nümunələri göndərmiş və cavabını gözləyən 189 valideynimiz var.

Bəli bizim naməlum itkin düşənlərin siyahısı olduqca böyükdür, lakin bu siyahının dəqiqləşdirilməsinə ehtiyac var, çünki son aylar ərzində “Zvartnots” hava limanında  Ermənistanı tərk etməyə çalışarkən də müxtəlif şəraitlərdə itkin düşənlər siyahısından 10 nəfər tapılıbdır” – deyərək  Paşinyan qeyd edib.

Onun sözlərinə görə, artıq erməni tərəfdən çoxsaylı həlak olanlarımız var.

Bu itkilərin sayı siyasi manipulyasiya məqsədi ilə iki, üç və ya dörd qat olmamalıdır.

“Nəsə yeni bir şey baş verməzsə hansı ki, çox z ehtimal olunur,  həlak olanlarımızın sayı 4 000 nəfəri keçməyəcəkdir.

Busa çox  böyük rəqəmdir.Bizim oğullarımız  nə üçün həlak oldular, onlar bu gün Artsaxın var olması naminə bunu etdilər”-deyərək Baş nazir qeyd edib.

Daha çox göstər
Back to top button