
Artsax Respublikasının Xarici İşlər Nazirliyi 1920-ci ildə azərbaycanlıların Şuşi şəhərində erməni əhaliyə qarşı törəetdiyi qırğınlarla bağlı bəyanat yaydı.
Bəyanatda qeyd olunur ki, 101 il əvvəl Azərbaycan Respublikasının hakimiyyəti Şuşinin erməni əhalisini qırğını təşkil edərək Artsaxın tarixi paytaxtını tamamilə dağıdıb.
“Şuşi soyqırımı süni “Azərbaycan” adlandırılan dövlətiin rtsaxa qarşı işğalçı siyasətinin ilk təzahürü idi.
Bu faciəli cinayət nəticəsində minlərlə erməni öldürüldü, on minlərlə insan şəhərdən qaçmağa məcbur edildi, erməni mədəni irsi məhv edildi, insanların əmlakı talan edildi, müqəddəs yerlər təhqir edildi”,- deyə bəyanatda qeyd olunur.
XİN bəyanatında vurğulanır ki, bu faciəli hadisə Azərbaycanın daha sonra qəbul edəcəyi siyasət üçün təkan oldu.
“İnsanlığa qarşı siyasətinin davamı 1988-ci ildən bəri Azərbaycan tərəfindən dövlət səviyyəsində erməni xalqına qarşı aparılan nifrətlə dolğun siyasətidir. Bu isə etnik təmizləmə və qırğınlarla müşayiət olundu”,- bəyanatda qeyd olunur. .
Bəyanatda onu da qeyd olunur ki, bəyalxalq ictimaiyyət tərəfindən Bakı və Ankaranın soyqırım siyasətini tənqid edilməməsi və cinayətkarların cəzasız qalması 2020-ci ildə Azərbaycanın Türkiyənin dəstəyi ilə və beynəlxalq terrorçuların iştirakı ilə Artsaxa qarşı yeni hücumuna səbəb oldu.
“1920-ci ildə Şuşidəki erməni əhalisinin qırğınları və 2020-ci ildə Şuşi şəhərinin işğalı yalnız Artsaxın erməni xalqına qarşı aparılan soyqırım siyasətinin təzahürü deyil, eyni zamanda insanlığa qarşı bir cinayətdir. Bu, beynəlxalq hüquq normalarını kobud şəkildə pozur.
Artsax erməniləri Şuşinin işğalı ilə heç vaxt barışmayacaq. Şuşi həmişə Artsaxın ayrılmaz tərkib hissəsi oluub və olacaq. Artsaxın işğal olunmuş ərazilərinin işğaldan azad edilməsi və tarixi ədalətin bərpası üçün hər cür səy göstəriləcəkdir”,- deyə bəyanatda qeyd olunur.