XİN sözçüsü: Erməni hərbi əsirlərə qarşı göstərilən qəddar rəftar və işgəncə bəşəriyyətə qarşı cinayətdir

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan “The Human Rights Watch” təşkilatının hesabatına münasibət bildirdi.
“The Human Rights Watch erməni hərbi əsirlərə qarşı törədilmiş müharibə cinayətlərini sənədləşdirdi. Hesabatda vurğulanır ki, Azərbaycan tərəfindən beynəlxalq humanitar hüquq pozuntuları girovluqda olan hərbi əsirlər və mülki şəxslərə qarşı qəddar, alçaldıcı rəftar və işgəncələr ilə müşayiət edildi.
Hesabatda həmçinin qeyd olunur ki, bir çox erməni hərbçi son dəfə Azərbaycanda girovluqda görüldü, lakin Azərbaycan onlar barədə məlumat vermədi. Buysa yalnız hərbi qulluqçular arasında deyil, eyni zamanda əsir götürülmüş mülki şəxslər arasında da məcburi itkin düşmə ehtimalının yüksək olmasından xəbər verir.
Atəşkəsdən dörd ay sonra, erməni hərbi əsirlər və mülkilərin girovluqda qalması açıq şəkildə göstərir ki, Azərbaycan beynəlxalq humanitar hüquqları pozmağa davam edir.
Sistematik olaraq erməni hərbi əsirlərə qarşı göstərilən qəddar rəftar və işgəncə bəşəriyyətə qarşı cinayətlərlə eyniləşdirilə bilər”.