
Artsax Respublikasının Parlamentinin sədri Artur Tovmasyan BMT-nin baş katibi Antonio Gutareş, YUNESKO-nun baş sədri Odri Azuel, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və Dünya Kilsələri Şurasına müraciət edib. Artsax Respublikasının Parlamentinin sədri qeyd edib ki, Azərbaycan tərəfi üçtərəfli bəyanata baxmayaraq Artsaxın işğal olunmuş ərazilərində mədəni və dini abidələri məhv edir.
“Hələ 1920-ci illərdə Azərbaycanın erməni mədəni və dini irsini qəsdən məhv edilməsi ilə bağlı faktlar var. Azərbyacan 2020-ci ildə 44 günlük müharibə zamanı və bundan sonra da Artsaxın işğal olunmuş ərazilərində ermənilərin tarixi abidələrinə, ibadət yerlərinə, habelə Böyük Vətən müharibəsi və Birinci Artsax müharibəsi zamanı həlak olan şəxslərin xatirə abidələrinə qarşı yeni miqyaslı vəhşiliklər həyata keçirməyə başladı”,- deyə Tovmasyan vurğulayıb.
Artur Tovmasyan qeyd edib ki, Artsax Azərbaycandan fərqli olaraq həmişə mədəni irsi qoruyub-saxlayıb. 2019-cu ildə Artsax Respublikasının Şuşi şəhərindəki İran məscidi bərpa edilib.
Artsaxın zəngin mədəni və dini irsi, dünya mədəni irsinin ayrılmaz hissəsidir. Buna görə də, Azərbaycanın tərəfindən mədəni irsinin qəsdən məhv edilməsi bütün mədəni bəşəriyyətə çağırışdır. O, Azərbaycan tərəfindən erməni mədəni irsinin məhv edilməsinin qarşısını almaq üçün səmərəli addımlar atmağa çağırıb.
“Xatırlatmaq istəyirik ki, Arstaxın işğal olunmuş ərazilərində erməni mədəni irsinin qorunması olmadan münaqişənin həlli, bölgədə davamlı və uzunmüddətli sülh ola bilməz”,- deyə Parlamentin sədri bildirib.